Sumqayıtda avtobus kartlarına pul yükləmək problemə çevrilib

Sumqayıtda avtobus kartlarına pul yükləmək problemə çevrilib
Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemi tətbiq edildikdən sonra insanların kartlardan istifadəsi ilə bağlı problemlər yaranıb. Belə ki, sərnişinlər kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayətlənirlər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən “Report”a verilən açıqlamada problemin həlli ilə bağlı işlər aparıldığı bildirilib:

“Bu kimi texniki problemlər üzə çıxdıqca aradan qaldırılır. Problem tək karta pulun yüklənməsində gecikmənin olması deyil, başqa problemlər də olur. Onların da aradan qaldırılması üçün hazırda texniki heyət iş görür”.

“Müəyyən gecikmələr ola bilər, amma pulun kart hesabına oturmaması mümkün deyil”, - deyə qeyd edilib.

Məlumat üçün deyək ki, bu il sentyabrın 28-dən Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə başlanılıb. Sərnişinlər kartları avtobus sürücülərindən əldə edirlər. Kartın qiyməti isə 2 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...