Hava Hücumundan Müdafiə bölmələrimiz döyüş atışlarını icra edir - VİDEO

Hava Hücumundan Müdafiə bölmələrimiz döyüş atışlarını icra edir -

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Atış çalışmalarında döyüş heyətləri “OSA” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...