Qaxda göbələkdən zəhərlənən 2 uşaq ölüb

Qaxda göbələkdən zəhərlənən 2 uşaq ölüb
Qaxda bir ailənin bir neçə üzvü göbələkdən zəhərlənib. APA xəbər verir ki, hadisə rayonun Tasmaslı kəndində qeydə alınıb.

Kənd sakini Mübariz Qasımov, onun oğlu 12 yaşlı Murad Qasımlı və 9 yaşlı qardaşı oğlu İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti ağır olduğundan Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Zəhərlənən 12 yaşlı M. Qasımlı xəstəxanaya çatan zaman, 9 yaşlı İ. Qasımzadə isə gecə saatlarında dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...