Bakıdakı dəhşətli qəzada yaralananlardan biri də ÖLDÜ

Bakıdakı dəhşətli qəzada yaralananlardan biri də
Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

Gundeminfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib.

Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır.

Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...