Şamaxıdakı partlayışla bağlı cinayət işi AÇILDI

Şamaxıdakı partlayışla bağlı cinayət işi
2 oktyabr 2021-ci ildə Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı araşdırılıb.

Şamaxı rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...