"Azərbaycanda COVID-19 üçün ayırılan çarpayılarının sayı 50 minə çatıb" - Teymur Musayev

"Azərbaycanda COVID-19 üçün ayırılan çarpayılarının sayı 50 minə çatıb" -
"Ölkəmiz lazımi miqdarda vaksin alır".

"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, yanvarın 18-dən etibarən vaksinasiya davam edir: "Ölkə vətəndaşlarının 60 faizi iki doza peyvəndlənib. Altı ay keçəndən sonra üçüncü dozanı vurdura bilərlər. Bizim statistik göstəricilər şəffafdır. Dünya ölkələrinə vaksinlərin paylanmasi ilə bağlı qlobal siyasət qəbul edilməlidir".

O bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: "COVID-19 üçün ayırılan çarpayılarının sayı 50 minə çatıb. Suni nəfəs aparatlari gətirilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...