Şəhid polkovnik-leytenantın atası vəfat etdi

Şəhid polkovnik-leytenantın atası vəfat etdi
Şəhid polkovnik-leytenant Mehman Qənbərovun atası Nəriman Qənbərov dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo”ya şəhidin qardaşı Cavid Qənbərov məlumat verib. O, atasının şəkər xəstəliyindən vəfat etdiyini bildirib.

Bu gün səhərə yaxın N.Qənbərov şəkərdən komaya düşüb və qəfil dünyasını dəyişib.

Mərhum Bərdədə dəfn olunacaq. Qeyd edək ki, şəhidin atası bir müddət öncə koronavirusa yoluxub sağalmışdı.

Xatırladaq ki, Mehman Qənbərovun ailəsi yaşadığı evin şəraitsiz olması ilə bağlı gündəmə gəlmişdi. Həmin reportajı bir daha təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...