“Fond puluna görə qızımı məktəbə göndərməmək qərarına gəldik” - Jurnalist

  “Fond puluna görə qızımı məktəbə göndərməmək qərarına gəldik” -

“3 gündür 67 saylı orta məktəbdə fond pulu yığımı ilə bağlı əsəb keçirirəm. Sabahdan etibarən qızımı məktəbə göndərməmək qərarına gəldik”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ötən gün jurnalist Həbibə Abdulla öz feysbuk səhifəsində paylaşdığı postda bildirib. O yazıb ki, bu məsələyə aydınlıq gələnə qədər, VMA (Valideyn-Müəllim Assosiasiyası) deyilən qurumun məktəbdəki fəaliyyətinin məqsədi, məramı, qanuniliyi Təhsil Nazirliyi səviyyəsində izah edilənədək övladını məktəbə göndərməyəcək.
Jurnalistin bu paylaşımına şərh yazanlar bildiriblər ki, qeyd olunan problemə təkcə 67 saylı məktəbdə deyil, paytaxtın digər məktəblərində də rast gəlinir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələyə aydınlıq gətiriləcəyini yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...