Ağacları kəsən şəxs cəzalandırılıb

Ağacları kəsən şəxs cəzalandırılıb


Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Qusar rayon sakini Zeynal Mastanov tərəfindən kəsildiyi və təbiətə 7430 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...