32 nəfər həkim olmaq üçün saxta diplomla iş müraciəti edib

32 nəfər həkim olmaq üçün saxta diplomla iş müraciəti edib
Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. Qeyd olunub ki, tibb işçilərinin işə qəbulu və sertifikasiyası tədbirlərinin aparılması ilə əlaqədar ötən il Səhiyyə Nazirliyi tərəfindən 32 saxta diplom aşkar edilib.

Qeyd olunub ki, 29 diplomun saxtalaşdırılması şübhə doğurduğundan toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib: “3 diplomla bağlı araşdırma davam etdiyindən hazırda icraatdadır. Araşdırma tamamlandıqdan sonra qeyd olunan sənədlərin aidiyyəti orqana göndərilməsi təmin olunacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...