İcra başçısı vətəndaşları qəbul edib

İcra başçısı vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.

Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürmək, işlə təmin olunmaları, maddi yardım ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, 4 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən köməklik göstərilib.

Şəhid Mehdi Məmmədovun atası Sarıcalı kənd sakini Elçin Məmmədov şəhid ailələri adından onların ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib

İcra başçısı vətəndaşları qəbul edib
İcra başçısı vətəndaşları qəbul edib
İcra başçısı vətəndaşları qəbul edib
İcra başçısı vətəndaşları qəbul edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...