20 Yanvar və "Şamaxinka"da sürücülər niyə cərimələnir? - BNA-dan cavab

20 Yanvar və "Şamaxinka"da sürücülər niyə cərimələnir? -
Bakı Nəqliyyat Agentliyi 20 Yanvar və "Şamaxinka" ərazilərində sürücülərin cərimələnməsi xəbərinə aydınlıq gətirib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib.

"Bakı Nəqliyyat Agentliyi tərəfindən 20 Yanvar və "Şamaxinka" ərazilərində mütamadi olaraq sözügedən nəqliyyat vasitələrinin sürücülərinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun inzibati tənbeh vermə haqqında qərarlar tərtib edilməklə yanaşı, bu istiqamətdə marifləndirici və proflaktiki tədbirlər də həyata keçirilir.

Təəssüf ki, nəqliyyat vasitələrinin, xüsusilə taksi minik avtomobillərinin, kiçiktutumlu avtobusların parklanma qaydalarını pozmaları, piyadaların yolu qadağan olunmuş hissələrdən keçməsi və nəqliyyat axınının yüksək olması səbəbindən bugün də tıxac və sıxlıq halları müşahidə edilməkdədir. Buna səbəb olan əsas amillərdən biri də, Rövşən Cəfərov küçəsindəki mövcud tuneldə yolun daralmasıdır ki, nəticədə dairədən Ziya Bünyadov prospekti istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində ləngimələr yaranır. Ard-arda yığılan nəqliyyat vasitələri birbaşa dairədə tıxacın yaranmasına gətirib çıxarır. Qeyd edilən halların və 20 Yanvar dairəsindəki tıxac və sıxlığın aradan qaldırılması məqsədi ilə tərəfimizdən hazırda da araşdırmalar aparılmaqdadır ki, aparılan araşdırmaların nəticəsində müvafiq tədbirlər həyata keçiriləcək", - deyə agentliyin verdiyi məlumatda deyilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...