Cəlilabadın sabiq icra başçısı məhkəmədə ifadə verib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəməsində dövlət ittihamçısı ittiham aktını elan edib və o, sərbəst ifadə verib.
Cəlilabadın sabiq icra başçısı məhkəmədə ifadə verib

"Report" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə N.Zeynalov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Təqsirləndirilən şəxs dindirilən zaman ittihamları qəbul etmədiyini və günahsız olduğunu deyib.

Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınan şirkətlərin nümayəndələri və şahidlər ifadə veriblər.

Məhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...