Təqaüdə göndərilən general nazirin müşaviri oldu

Təqaüdə göndərilən general nazirin müşaviri oldu
Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.

Gundeminfo.az-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...