Vətəndaş əlilliyinin düzgün təyin edilməməsindən narazıdır - FOTO

Vətəndaş əlilliyinin düzgün təyin edilməməsindən narazıdır -

Vətəndaş onun əlillik təyinatının düzgün aparılmadığını iddia edib.

Oxu.Az-a müraciət edən Mətanət Atakişiyeva bildirib ki, o, xəstə olsa da, əlillik təyinatı düzgün aparılmayıb və vəsaiti kəsilib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tibb müəssisəsi tərəfindən Atakişiyeva Mətanət Qürbət qızı barədə e-sistemə daxil edilən göndərişdəki diaqnozda qeyd edilənlərə (“Seroneqotiv revmatoid artrit, poliartrit kəskinləşmə mərhələsində. Dayaq hərəkət aparatının funksional çatmazlığı 2-3 dərəcə) baxmayaraq, köməkçi diaqnostik müayinənin (rentgen müayinənin) nəticəsi qeyd edilən ağırlaşmanı təsdiq etmir:

“Ona görə də əlillik təyinatı aparmaq mümkün olmayıb. Bununla belə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən Atakişiyeva Mətanət Qürbət qızının mövcud sağlamlıq vəziyyəti əyani şəkildə daha ətraflı müayinə ediləcək. Müayinənin nəticəsinə əsasən müvafiq qərar veriləcək”.

Vətəndaş əlilliyinin düzgün təyin edilməməsindən narazıdır -
Vətəndaş əlilliyinin düzgün təyin edilməməsindən narazıdır -
Vətəndaş əlilliyinin düzgün təyin edilməməsindən narazıdır -
Vətəndaş əlilliyinin düzgün təyin edilməməsindən narazıdır -
Vətəndaş əlilliyinin düzgün təyin edilməməsindən narazıdır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...