2022-nin ilk medalını Balabəy qazandı - VİDEO

2022-nin ilk medalını Balabəy qazandı -

Azərbaycan 2022-ci ildə cüdoda ilk beynəlxalq medalını qazanıb.


Oxu.Az xəbər verir ki, Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirində -60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Balabəy Ağayev final görüşünə çıxıb.

O, finalda cənubi koreyalı rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Bu çəkidə digər idmançımız Rövşən Əliyev isə 1/8 finalda monqolustanlı rəqibinə uduzaraq medalsız qalıb.

Qeyd edək ki, Azərbaycanın digər 3 cüdoçusu – Adil Kərimli (-100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) isə mübarizəyə sabah qoşulacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...