Ramiz Mehdiyev! Siz dirəniş göstərməklə kimlərə fürsət verirsiniz?

Ramiz Mehdiyev!
Əminəm ki, hazırda Ramiz Mehdiyevlə AMEA-nın alimləri arasında gedən savaşı İranın beyin mərkəzləri və xüsusi xidmət orqanları mikroskopla – xüsusi həssaslıqla izləyirlər.

Məncə, yanılmıram!

Niyəsini aşağıda izah edəcəm.

84 yaşlı R.Mehdiyev dirəniş göstərir, uzun illər ölkədə xaotik proseslərin ən yırtıcı və despot dirijoru kimi tanınan “Boz kardinal” kreslodan qopmaq istəmir.

Bəs nəticədə nə baş verir?

AMEA bazara, intriqa yuvasına çevrilir. Hazırda AMEA-nın bütün əməkdaşları Mehdiyevlə alimlərin davasına tamaşa edirlər, heç kəs elmlə məşğul olmur. Sanki filmin sonunu gözləyirlər.

Bəs bu davada qalib kimdir?

Qalib yoxdur, amma uduzan Azərbaycan elmidir! AMEA nəhənglikdə bir qurumun bazara çevrilməsi ürəkağrıdıcı mənzərədir. Axı AMEA siyasi partiya, QHT deyil…

Bu qədər ittihamlar qarşısında R.Mehdiyev getməli idi. Maraqlıdır, dirəniş göstərir.

AMEA-da Tarix, Ədəbiyyat, Şərqşünaslıq və Folklorşünaslıq İnstitutlarının bu proseslərdəki mövqeyi xüsusilə həssas münasibət tələb edir. Yuxarıda qeyd etdiyim kimi, məhz İran amilinə görə… Çünki İran tarixi ilə Azərbaycan tarixi bir çox məqamda toqquşur.

AMEA-da baş verənlər boşluqların yaranmasına gətirib çıxarır. Bizi özünə rəqib sayan qonşularımız da yaranmış bu fürsətdən istifadə edərək içəri doluşurlar. Ağıllı adamlar söhbətin nələrdən getdiyini anlamış olmalıdırlar.

Bunun bircə yolu var: Mehdiyev getməlidir! Və oradakı bu bazar mühiti yığışdırılmalıdır və AMEA-nın fəaliyyətində inqilabi dönüş olmalıdır.

Ramiz Mehdiyev, siz dirəniş göstərməklə kimlərə fürsət verirsiniz?

Prezident İlham Əliyev sizi 2019-cu ild PA-dan hörmətlə yola saldı. AMEA-dan da özünüz gedin, Dövlət başçısı gəlib buradan da sizi yola salası deyil ki…

R.Mehdiyevin dirənişinin səbəbləri barədə də düşünmək lazımdır. Bu, nə ola bilər?

Birincisi, Mehdiyevi hansısa kənar qüvvələr dirəniş göstərməyə məcbur edirlər ki, AMEA-da intriqalar başlasın və nəticədə Azərbaycan elminin baş qərargahının olan qalan sütunları da çilik-çilik olsun.

İkincisi, Mehdiyev elə düşünür ki, onun vəzifəyə təyinatı və yaxud vəzifədən çıxarılması istənilən halda məhz ölkə başçısının iradəsi daxilində baş tutmalıdır.

Üçüncüsü, o, 24 il qarşısında təzim edən, vaxtilə kənardan adi dirijor çubuğu ilə idarə etdiyi AMEA-nın alimlərinin sözü ilə çıxıb getməyi özünə sığışdırmır.
Amma R.Mehdiyev belə bir həssas məqamda öz yaşına uyğun tərzdə davranmalıdır. Bu gün sabah eşitsəniz ki, məsələn, Hövsan bələdiyyəsinin sədr müavini, taksi sürücsü, yaxud hansısa rayon icra hakimiyyətinin baş məsləhətçisi də yerli media ilə Mehdiyevi istefaya səsləyir, təəccüblənməyin.

Bəlkə, elə Mehdiyevin istədiyi də budur. Ki, onun istefasına yönələn çağırışlar getdikcə öz ciddiliyini itirsin. Ancaq bu durumun özünün də Mehdiyevi hara aparacağını bilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...