Tərtərdə şəhid ailələrinə və qazilərə medallar təqdim olunub

Tərtərdə şəhid ailələrinə və qazilərə medallar təqdim olunub
Tərtərdə Şəhid Sabirli Əjdərin təltif edildiyi medal atasına, qazi İbrahimli Ramilin medalı isə özünə təqdim olunub

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbəri Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev şəhidin atası Xanlar Sabirli və qazi Ramil İbrahimli ilə görüşüblər.

İcra Hakimiyyətindən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən görüşdə rayon rəhbəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunin 44 gün davam edən Vətən müharibəsində qazandığı Qələbədən söz açıb, şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Rayon rəhbəri Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindəndir.

Sonra Şəhid Sabirli Əjdər Xanlar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edildiyi "Xocavəndin azad olunmasına görə" medalı atasına və qazi İbrahimli Ramil Qafar oğlunun "Xocavəndin azad olunmasına görə" medalı isə özünə təqdim edildi.
Tərtərdə şəhid ailələrinə və qazilərə medallar təqdim olunub
Tərtərdə şəhid ailələrinə və qazilərə medallar təqdim olunub

Görüşdə Şəhidin atası Sabirli Xanlar və qazi İbrahimli Ramil şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq göstərilən bu qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...