Yolu bağlayan TIR sürücüləri bu gün hakim qarşısına çıxarılacaq

Yolu bağlayan TIR sürücüləri bu gün hakim qarşısına çıxarılacaq

Dünən Bakıda yolu bağlayan TIR sürücüləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndəriləcək və onların əməlinə hüquqi qiymət veriləcək.

Bu barədə Lent.az məlumat əldə edib.

Qeyd edək ki, “R-GROUP” şirkətinin sürücüləri ağır tonnajlı yük maşınları ilə Heydər Əliyev prospektində yolu bağlamışdılar.

Sürücülər Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...