İcra başçısı idmançılarla görüşüb

İcra başçısı idmançılarla görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə gənc idmançılar və məşqçi müəllimlərlə görüş keçirib.

Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, “Əməkdar məşqçi” Faiq Məmmədov, məşqçi müəllim Yavər Hüseynov, birinci MDB oyunlarının boks üzrə qalibi Aysu İsmayılova, boks üzrə Azərbaycan çempionu Elnur Abdullazadə, kikboksinq üzrə Azərbaycan çempionları Zaur Yusifov, Murad Qurbanov, Əli Cəfərzadə, Əli Abdullazadə, Telman Şirinov və Məhəmmədəli Quluyev iştirak ediblər.

Görüşdə çıxış edən Müstəqim Məmmədov əvvəlcə idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.

Rayon rəhbəri ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirib ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb.

Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, “Əməkdar məşqçi” Faiq Məmmədov, məşqçi müəllim Yavər Hüseynov çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.

Onlar idmanın inkişafına və idmançılara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...