Lavrov Ukraynadakı hərbi əməliyyatın məqsədini açıqladı

Lavrov Ukraynadakı hərbi əməliyyatın məqsədini açıqladı
“Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatın məqsədi 8 il ərzində daim öldürülən, atəşə tutulan mülki əhalini müdafiə etməkdir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT” telekanalına müsahibəsində deyib.

“Məqsəd belə bir təhlükənin Ukrayna ərazisindən gəlməməsi üçün ölkənin demilitarizasiyası, eləcə də Ukrayna, Rusiya, bütün Avropa ölkələri üçün bölünməz ümumi təhlükəsizlik prinsipinə əsaslanacaq təhlükəsizlik zəmanətlərinə nail olmaqdır. Biz bunu artıq uzun illərdir təklif edirik”, - deyə Lavrov söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...