Putinin rublla qaz satmaq niyyəti fiaskoya uğradı - Moskva geri addım atdı...

Putinin rublla qaz satmaq niyyəti fiaskoya uğradı -


Putin dost olmayan ölkələrlə qaz ticarətini rublla olması ilə bağlı fərman verməsinə baxmayaraq, Rusiya geri addım atdı...


“Sadəcə Kremlin təbliğatçıları, “Putinin növbəti qələbəsi, Qərbi diz çökdürdü”, kimi sayaqlamaları üçün informasiya fonu yaradılır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Kremlin qaz oyununu PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa ölkələri qazın ödənişini əvvəlki kimi avro ilə edəcəklər. Lakin son mərhələdə həmin vəsait “Qazprom”un hesabına rublla oturacaq.

Kreml sözçüsünün bu açıqlamasını necə şərh etmək olar? Bu açıqlamaya dayanaraq demək olarmı ki, Putin dost olmayan ölkələrlə qaz ticarətini rublla olması ilə bağlı fərman verməsinə baxmayaraq, Rusiya geri addım atdı və əslində hər şey əvvəlki kimi davam edəcək?

Rusiyanın qazla bağlı geriyə çəkilməsini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Dəyişən heç nə yoxdur, sadəcə “QazPramBank”-da ikili (valyuta/rubl) hesabı açılır, eyni qaldada, məsələn, Almaniya, həmişəki kimi qazın pulunu avro/dollar ilə həmin hesaba köçürür. Sonra da həmin hesaba köçürülən avro\dollar “QazPromBankda” rubla çevrilir və ödəniş həyata keçirilir”.

Rusiyanın yeganə uduşunun “QazPromBank”-a hələ bir müddət sanksiyaların tədbiq edilməyəcəyinin olduğunu bildirən eksperti PİA.az-a açqlamasında qeyd edib ki, bu bankın hesabları dondurulmayacaq:

“Kreml öz xalqını çoxdan axmaq yerinə qoyub. İndi də bu qazın rubulla satılması məsələsində eyni xətti tutur: Putin fərman imzaladı ki, qaz rubulla satılacaq. Amma burada mexanizm başqadır. Dəyişən heç nə yoxdur, sadəcə “QazPramBank”da ikili (valyuta/rubl) hesabı açılır, eyni qaldada, məsələn, Almaniya, həmişəki kimi qazın pulunu avro/dollar ilə həmin hesaba köçürür. Sonra da həmin hesaba köçürülən avro\dollar “QazPromBankda” rubla çevrilir və ödəniş həyata keçirilir.

Başqa heç nə baş verməyib. Sadəcə Kremlin təbliğatçıları, “Putinin növbəti qələbəsi, Qərbi diz çökdürdü”, kimi sayaqlamaları üçün informasiya fonu yaradılır. Başqa heç nə dəyişmədi. Rusiyanın yeganə uduşu odur ki, zatən sanksiyalar tətbiq edilməyən “QazPromBank”-a hələ bir müddət sanksiyalar tətbiq edilməyəcək. Bu bankın hesabları dondurulmayacaq”.

Ekspert qeyd edib ki, dünən Peskov verdiyi açıqlama ilə dolayısı ilə onun daha əvvəl dediklərini təsdiq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...