Abşeron rayonunda şəhid ailələri ilə görüşlər keçirilib - FOTOLAR

Abşeron rayonunda şəhid ailələri ilə görüşlər keçirilib -



Abşeron Rayon İcra Hakimiyyətində Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələri ilə görüş keçirilmişdir. Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri və YAP Abşeron Rayon Təşkilatının sədri iştirak etmişlər.

Gundeminfo.az xəbər verir ki, görüşdə Abdin Fərzəliyev bildirmişdir ki, Azərbaycanla Ermənistan arasında 1994-cü ildə bağlanan atəşkəs müqaviləsindən sonra mənfur düşmənlərimiz dəfələrlə atəşkəsi pozmuş və müxtəlif vaxtlarda hərbi təxribatlar törətməyə cəhdlər etmişlər. Növbəti belə təxribatlardan birininin də 2016-cı il aprelin əvvəllərində müşahidə olunduğunu, lakin Azərbaycan Ordusunun layiqli cavabı və əks-həmləsi ilə düşmənin darmadağın edildiyini vurğulayan RİH başçısının sözlərinə görə, bu döyüş Qarabağ müharibəsində dönüş nöqtəsi olmuş və beləliklə də ordumuzun gücünü nəinki düşmən, eyni zamanda onların havadarları da görmüşdür.

Qeyd edilmişdir ki, tarixə “Aprel döyüşləri” kimi düşən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən savaşın sonunda Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunmuşdur. Əsgərlərimiz bu döyüşlə cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdıqları mifləri və uydurmaları alt-üst etməyi bacarmışdılar.

Aprel döyüşlərindən sonra Qarabağa böyük qayıdışın əsası qoyulmuşdur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən Müharibəsində xalqımız qalib gələrək işğal altında olan torpaqlarımızı tamamilə azad etmişdir. Hazırda işğaldan azad olunmuş dədə-baba yurdlarımızda böyük quruculuq və abadlıq işlərinin aparıldığını, bu işlər bitəndən sonra həmin şəhər və rayonlarımızda həyatın yenidən canlanacağını deyən RİH başçısı onu da qeyd etmişdir ki, bundan sonra da vətənimizə qarşı hər hansı bir silahlı təxribat baş verəcəyi təqdirdə ordumuz bütün hərbi müdaxilələri yerindəcə məhv etməyə qadir və hazırdır.

Respublikamızın bütün ərazilərində olduğu kimi, Abşeron rayonunda da yaşayan şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini vurğulayan RİH başçısı şəhid ailələrinin problemləri və qayğıları ilə maraqlanmışdır.
Şəhid ailələri də öz növbələrində həyatlarının hər bir anlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiklərini önə çəkərək buna görə təşəkkürlərini ifadə etmişlər.


***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun əvvəllər yaşadığı Masazır kəndindəki evinə gedərək onun ailə üzvlərinə baş çəkmişlər. Görüşdə E.Həsənlinin Vətən müharibəsində göstərdiyi şücaətlərdən söz açılmış, xatirəsi ehtiramla yad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qalib gəldiyi Vətən Müharibəsindən, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq işlərindən, regionda baş verən siyasi proseslərdən və ölkəmizdəki sabitlikdən danışılmışdır.

Abdin Fərzəliyev şəhid ailəsinin problemləri və qayğıları ilə maraqlanmışdır.

***

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi qazisi, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Nağıyev Elşən Mirzəğa oğlunun doğum günündə iştirak etmişdir. Qazimizi təbrik edən RİH başçısı onun qayğıları və problemləri ilə maraqlanmışdır.

Abşeron rayonunda şəhid ailələrinə və qazilərə daima diqqət və qayğının göstərildiyini söyləyən E.Nağıyev buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.

Abşeron rayonunda şəhid ailələri ilə görüşlər keçirilib -
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər keçirilib -
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər keçirilib -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...