“İl sonunadək Krıma girməliyik” - Ukrayna MN-in kəşfiyyat rəisi

“İl sonunadək Krıma girməliyik” -
“İl sonunadək minimum Krım ərazisinə daxil olmalıyıq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ölkəsinin “Pravda” nəşrinə müsahibəsində söyləyib.

“Müharibənin aktiv fazası ilin sonunadək maksimal düşüşə keçməlidir. Rusiyanın normal müharibə aparmaq üçün 12 aylıq resursu var”, - o qeyd edib.

K.Budanov bildirib ki, bu müharibə Krım yarımadası da daxil olmaqla işğal altındakı bütün ərazilərin azad olunması ilə nəticələnəcək.

Kəşfiyyat rəisi müharibənin Rusiya üçün iki ssenari üzrə bitəcəyini irəli sürüb: “Birincisi, Rusiyanın ərazi bütövlüyü formal saxlanması ilə ölkədəki siyasi rəhbərliyin dəyişməsi. Yenə də qeyd edirəm - formal. Bu variantla hamı şəxsən Putini və onun yaxın çevrəsini günahlandıracaq və Rusiyanın bununla heç bir əlaqəsi olmadığını deyəcək. Onlar qoşunlarını dünyanın bütün işğal olunmuş ərazilərindən çıxaracaqlar. İşğal olunmuş ərazilər prinsipcə mənsub olduqları ölkələrə - Gürcüstana, Yaponiyaya, Almaniyaya və s. qayıdacaq. Rusiya sivil dövlət kimi fəaliyyətini bərpa etməyə başlayacaq. Belə deyək, yenidən başlayacaq. Bu, müəyyən müddət işləyəcək. Gələcəyi isə bizə yalnız tarix göstərəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...