“Azərbaycanda mina probleminin həlli vacibdir” - Örl Litzenberger

 “Azərbaycanda mina probleminin həlli vacibdir” -
“Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi məsələsi ciddi problemdir. Əgər ərazilər minalardan təmizlənməsə, məcburi köçkünlər ora qayıda bilməyəcəklər”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

Onun sözlərinə görə, bir sıra ABŞ şirkəti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak edir.

“ABŞ-ın bu sahədə böyük təcrübəsi var, biz ən yaxşı texnikaları təqdim edə bilərik. Qarabağda daha çox ABŞ şirkətlərini görmək istəyirik”, - səfir bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...