Polis kapitanı Avropa Çempionatında yüksək qələbə qazandı - FOTOLAR

  Polis kapitanı Avropa Çempionatında yüksək qələbə qazandı -

Azərbaycan mentalitetində kişiyə məxsus xarakter cizgiləri, kişi peşəsi, kişi məşğuliyyəti, kişi idman növləri ilə bağlı stereotiplər vardır və onlar kifayət qədər möhkəmdir. Belə sarsılmaz stereotiplər sırasına polisliyin məhz kişi işi, əlbəyaxa döyüş idman növlərinin daha çox kişi məşğuliyyəti kimi qəbul edilməsi də aiddir. Bu xüsusiyyətləri özündə cəmləşdirən mübariz oğullarından biri haqda söz açmaq istəyirəm.
  Polis kapitanı Avropa Çempionatında yüksək qələbə qazandı -

İbişov Elşən Fəxrəddin oğlu 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Paytaxtın Nərimanov rayonundakı 207 saylı məktəbdə orta təhsil almışdır. Elşənin atası Fəxrəddin İbişov Yunan-Roma güləşi üzrə SSRİ idman ustası idi. Məhz idmançı ailəsində böyüdüyünə görə də Elşənin ürəyində idmana sevgi kiçik yaşlarından yaranmışdı. Bu sevgini Elşənə aşılaya bilən atası onu doqquz yaşında "Məhsul" İdman Cəmiyyətinə aparıb və o, cüdo ilə məşğul olmağa başlayıb.
Elşən elə ilk uğuruna da idmana yazılandan cəmi üç ay sonra həmin idman cəmiyyətinin çempionu olaraq imza atmışdır. Bu uğur onun kiçik qəlbində böyük arzular yaratdı və o, həvəslənərək, idmanla daha da şövqlə, həvəslənir və müntəzəm məşğul olmağa başladı. Məktəb illərində bir sıra nailiyyətlər qazandı ki, bu da ona həyat yolunu müəyyənləşdirməyə həm stimul, həm də istiqamət vermiş oldu.
Elşən İbişov 2000-ci ildə Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunur. 2004-cü ildə ali təhsilini bitirib magistr pilləsinə daxil olur və 2006-cı ildə magistraturanı qırmızı diplomla başa vurur. Ardınca Daxili İşlər Nazirliyinin idman komandasında həqiqi hərbi xidmətdə olur, 2008-ci ildə əsgərliyi bitirir.
  Polis kapitanı Avropa Çempionatında yüksək qələbə qazandı -

Onun həyat kitabının idman xronologiyasına nəzər salanda ancaq uğurlu nəticələrlə rastlaşırıq. Dəfələrlə Azərbaycan çempionluğunu qazanan Elşən hərbi xidmətdən qayıtdığı 2008-ci ildə sambo üzrə böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı olur.
İdmanda uğurlu nəticələr qazanmasına, artıq həyat yolunun müəyyənləşməsinə baxmayaraq, Elşəni təzədən ali təhsil almaq, sevdiyi hüquqşünas ixtisasına yiyələnmək fikri bir an belə rahat buraxmırdı. Beləliklə, 2009-cu ildə Moskva Humanitar İnstitutunun Cinayət Hüququ fakültəsinə daxil olaraq, qiyabi təhsil alır. 2011-ci ildə ikinci ali təhsilini başa vurur. Elə həmin il polis sıralarına - Çevik Polis Alayının xüsusi təyinatlı taboruna xidmətə qəbul olunur.
Məsuliyyətliliyi, qətiyyəti, nizam-intizamı ilə seçilən Elşən İbişov az müddət ərzində burada da özünü vicdanlı polis əməkdaşı kimi tanıtdıra bilir. Daxili işlər orqanları əməkdaşlarının etik davranış qaydalarına ciddiliklə riayət edir.
  Polis kapitanı Avropa Çempionatında yüksək qələbə qazandı -

Polis sıralarında xidmət edərkən, onun idman uğurlarının sırası daha da genişlənir. 2012-ci ildə Qazaxıstanın Almatı şəhərində əlbəyaxa döyüş üzrə dünya çempionatında 3-cü yeri, 2013-cü ildə Şimali İrlandiyanın Belfast şəhərində cüdo üzrə hərbçilər arasında 2-ci yeri, 2015-ci ildə ABŞ-ın Virciniya ştatında keçirilən Dünya Oyunlarında hərbçilər və polislər arasında cüdo üzrə 1-ci yeri tutur. 2016-cı ildə Bakıda keçirilən jiu-jitsu üzrə Dünya Kubokunun çempionu olur. 2017-ci ildə Belorusiyanın Minsk şəhərində keçirilən Dünya Oyunlarında jiu-jitsu üzrə 2-ci yeri qazanır.
Hazırda Elşən İbişov sambo-cüdo üzrə Azərbaycan Respublikasının idman ustası, ji-jitsu üzrə Yığma Komandanın kapitanı, 3-cü dan qara kəmərin sahibidir, DİN-nin "Dinamo" İdman Cəmiyyətində "idman təlimi" şöbəsinin inspektoru, polis kapitanıdır.
Elşən İbişov bu yaxınlarda İsraildə keçirilən jucicu üzrə Avropa Çempionatında fəxri kürsünü gümüş mükafatına yiyələnib.
Onu da qeyd edək ki, öandemiya dövründə təlim məşq toplantıları olmamasına baxmayaraq, eyni zamanda çiynində və diz qapağında zədəsi olmasına baxmayaraq hakimlərin haqsız qərarı nəticəsində ikinci yerə layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...