Neftin bahalaşması Azərbaycana nə qədər əlavə pul qazandırır? – Rəqəmlər

Neftin bahalaşması Azərbaycana nə qədər əlavə pul qazandırır? –

Məlum olduğu kimi, 2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin bir barelinin satış qiyməti 50 dollardan hesablanır.
Yeniavaz.com xəbər verir ki, Dövlət Neft Fondunun 2022-ci il büdcəsində neft satışından əldı olunacaq gəlir 8 milyard 578 milyon 995,4 min manat göstərilib.

Bu isə o deməkdir ki, neftinin bir barelinin satış qiyməti 50 dollardan hesablandığı zaman Neft Fondu ay ərzində 715 milyon manat və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə 421 milyon dollar gəlir əldə etməli idi.
Lakin, bu ilin əvvəlindən başlayaraq dünya bazarlarında neftin qiyməti sürətlə artmaqdadır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra neftin qiyməti kəskin şəkildə bahalanıb. İlin əvəlində bir bareli 76 dollara satılan “Azeri Light” markalı neftin qiyməti fevralın sonunda 100 dollara yüksəldi. Bu gün isə “Azeri Light” markalı neftin bir bareli 132 dollara satılır.
Açıqlanan rəsmi məlumatlara görə, bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və bunun 11,4 milyon tonu xarici ölkələrə satılıb. Dövlət Neft Fondunun neft satışından əldə etdiyi gəlir isə bu ilin ilk 5 ayında 3 milyard 828 milyon dollar olub. Fondun ay ərzində əldə etdiyi gəlirlər orta hesabla 766 milyon dollar təşkil edib. Bu göstərici 2022-ci ilin büdcəsində nəzərdə tutulan aylıq göstəricidən (421 milyon dollar) 345 milyon dollar və ya 82% çoxdur.
Açıqlanan rəqəmlərdən belə görünür ki, neftin qiymətinin bahalanması nəticəsində Azərbaycan son 5 ay ərzində 1 milyard 725 milyon dollar əlavə qazanc əldə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...