Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada koronavirusa yoluxanların sayı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 798 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 406 nəfərdir.

Ölkədə son sutka ərzində 2128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...