39 yaşında general rütbəsi alan DGK-nın yeni sədr müavini kimdir? – Dosye

39 yaşında general rütbəsi alan DGK-nın yeni sədr müavini kimdir? –
Xəbər verdiyimiz kimi, Bəhruz Faiq oğlu Quliyev Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini təyin edilib.

Yeniavaz.com xəbər verir ki, Bəhruz Quliyev DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin yerinə təyin olunub.
Məlumat üçün bildirək ki, Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub.
2003-cü ildə (22 yaşında) Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakültəsinin əyani şöbəsinə daxil olub. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirib.
2011-ci ildə (30 yaşında) Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 2015-ci ildə hüquqşünas ixtisasını bitirib. Milli Aviasiya Akademiyasının doktorantıdır.
2009-cu ildən (28 yaşında) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, 7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifələrində işləyib.
2018-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə”, 2021-ci ildə isə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Bəhruz Faiq oğlu Quliyevə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...