Bakı metrosunda qadınlar bir-birini təhqir etdilər - VİDEO

Bakı metrosunda qadınlar bir-birini təhqir etdilər -
“Hər birimiz eyni cəmiyyətdə yaşayırıq və bu kimi hadisələrə vətəndaş mövqeyi olmalıdır. Bu kimi hallarda vətəndaşlar öz hüquqlarını tələb etməlidirlər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “TikTok” platformasında yayımlanan metropoliten daxilində çəkilmiş qalmaqallı videoya münasibət bildirərkən deyib.

O bildirib ki, sosial məsuliyyət, vətəndaş mövqeyi olmayan yerdə bu kimi hadisələrin olması labüddür:

“Bunun başqa yolu yoxdur. Vətəndaş mövqeyini bildirməli, bu kimi hadisələrlə qarşılaşanda fəal olmalı, reaksiya verməlidir. Hər hadisədə metropoliten, metro əməkdaşları, metro polisi məsuliyyət daşımalıdır anlayışı doğru deyil”.

Metropoliten daxilində videoçəkiliş etmək qadağandır və sərnişinlərin məlumatlı olması üçün bu barədə bir çox məlumatlandırıcı lövhələr də asılıb. Belə bir deyim var “qaydalar onları pozmaq üçündür”. Doğurdanmı insanlar cəmiyyətdə bu prinsipi həyata keçirir?

Bəs metropoliten qaydaların pozulması zamanı qurum hansı tədbirləri görür?

B.Məmmədov qeyd edib ki, “Bakı Metropoliteni” əməkdaşları və metro polisi stansiya daxilində foto, video çəkilişi edən sərnişin görürsə, ona yaxınlaşaraq Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı Metropoliteni”ndən istifadə qaydalarına əsasən bunun qadağan olduğunu bildirir:

“Sərnişin birmənalı olaraq çəkdiyi görüntüləri silməlidir. Qatarda edilən çəkilişlərlə bağlı isə sərnişin metro əməkdaşlarına müraciət etdiyi halda, bu barədə tədbir görülür. Dünya təcrübəsində belə bir şey yoxdur ki, vaqonlarda bu kimi hallara nəzarət mexanizmi tətbiq edilsin. Cəmiyyəti quran bizik və cəmiyyətdə ümumi qaydalara riayət etməliyik. Hər şeyi cəza mexanizmi ilə həll etmək yanaşması doğru deyil”.

11:16

Bakı Metropolitenində sərnişinlər arasında mübahisə baş verib.

Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, bir qadın sərnişinin “TikTok” platformasında canlı yayım açması digər xanıma xoş təsir bağışlamayıb. Bu səbəbdən xanımlar arasında mübahisə yaranıb. Xanımlar bir-birilərinə qarşı təhqiramiz ifadələr işlədiblər.

Qeyd edək ki, mübahisə hərəkətdə olan qatarda baş verib.

Həmin görüntüləri təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...