Ermənistan büdcəsini Rusiya şirkətləri doldurur – Son rəqəmlər

Ermənistan büdcəsini Rusiya şirkətləri doldurur –

Bu ilin birinci yarısında Ermənistanın ən böyük vergi ödəyicisi Rusiyanın “GeoProMining” şirkət olub.
Yeniavaz.com xəbər verir ki, “GeoProMining” şirkətlər qrupuna daxil olan “Zəngəzur Mis-Molibden Zavodu” QSC-dən Ermənistanın dövlət büdcəsinə 104,7 milyard dram (260 milyon dollar) vergi ödənilib.
Məlumat üçün bildirək ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çox olub. Belə ki, “Zəngəzur Mis-Molibden Zavodu” ötən ilin yarısında Ermənistan büdcəsinə 26,8 milyard dram (66 milyon dollar) vergi ödəyib.
Rusiyanın “GeoProMining” şirkətlər qrupuna daxil olan “Aqarak Mis-Molibden Zavodu” QSC isə bu ilin ilk 6 ayında 7,7 milyard dram (19 milyon dollar) vergi ödəyərək ən böyük vergi ödəyicilərinin siyahısında 7-ci sırada yer alıb.
Xatırladaq ki, Ermənistanın ən böyük sənaye investorlarından biri olan “GeoProMining” şirkətlər qrupu 15 ildir ki, ölkədə fəaliyyət göstərir. 2021-ci ilin sentyabrında qrup “Zəngəzur Mis-Molibden Zavodu” QSC-nin nəzarət paketini əldə edib. Şirkətlər qrupuna həmçinin Zod qızıl yatağı, Ararat qızıl çıxarma zavodu və Aqarak mis-molibden zavodu daxildir. Qrup 15 illik fəaliyyəti ərzində Ermənistan müəssisələrinin modernləşdirilməsinə təxminən 500 milyon dollar sərmayə qoyub.
“GeoProMining” şirkətlər qrupu Rusiyanın AEON Korporasiyasının nəzarətindədir. “Forbes”in 2021-ci ilə olan məlumatına görə bu şirkətin sahibi olan Roman Trotsenko 2,4 milyard dollar sərvətilə Rusiyada ən varlı 63-cü şəxs olub.
Ermənistanın illik ixracının üçdə-biri Roman Trotsenkonun payına düşür. Təxminən 3 milyard dollarlıq ixracın 1 milyard dollarını mis-molibden və qızl təşkil edir.
Ermənistanın 2-ci ən böyük vergi ödəyicisi də Rusiyanın “Qazprom” şirkəti olub. “Qazprom Ermənistan” şirkəti bu ilin ilk yarısında 33 milyard dram (82 milyon dollar) vergi ödəyib. Ermənistanın bütün qaz şəbəkəsi və “Razdan” İES tamamilə “Qazprom”un nəzarətindədir.
Ermənistanın əsas elektrik enerjisi istehsalçısı olan “Metsamor” AES və Ermənistanın bütün elektrik şəbəkəsi Rusiyanın "İnter Rao Ues” şirkətinin əlindədir. Bu ilin ilk yarısında bu şirkət Ermənistan büdcəsinə 6,2 milyard dram (15,3 milyon dollar) vergi ödəyib və ən çox vergi ödəyən şirkətlərin sıralamasında 13-cü yerdə qərarlaşıb.
Ermənistanın ən böyük stasionar və mobil rabitə operatoru “Telekom Armenia” da Rusiyanın “VimpelCom” (“Beeline” brendinin sahibi) şirkətinin nəzarətindədir. “Telekom Armenia” 2022-ci ilin ilk yarısında büdcəyə 3,2 milyard dram (8 milyon dollar) vergi ödəyib.
Ermənistan büdcəsini Rusiya şirkətləri doldurur –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...