Bakıda 50 mərtəbəli binanın tikintisinə icazə verildi

Bakıda 50 mərtəbəli binanın tikintisinə icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti “Azinko Holding” MMC-yə və “Azvil Tikinti” MMC-yə Bakıda yeni biznes mərkəzi tikməyə icazə verib.

Layihənin icrası üçün paytaxtın Heydər Əliyev prospekti, 109 ünvanında 1 hektar sahə ayrılıb. Bina 50 mərtəbədən ibarət olacaq. Bununla da, biznes mərkəzi hündürlüyünə görə Bakının hazırda ən yüksək binası olan “Flame Towers” (“Alov qüllələri”) kompleksini geridə qoyacaq.

39 mərtəbəli bu kompleksi 2007-2012-ci illərdə Azərbaycan-Türkiyə birgə müəssisəsi - “DİA Holding” şirkəti keçmiş “Moskva” mehmanxanasının yerində inşa edib. Obyekt “Azinko Holding” MMC-nin sifarişi ilə tikilib ("Turan").


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...