“Şimal axın”larındakı partlayışlardan ən çox xeyir qazanan tərəf ABŞ-dır" - Patruşev

“Şimal axın”larındakı partlayışlardan ən çox xeyir qazanan tərəf ABŞ-dır" -
“Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərində baş vermiş partlayışlardan ən çox xeyir götürən tərəf ABŞ-dır.

APA xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

O əlavə edib ki, baş vermiş cinayətin sifarişçiləri və icraçılarının aşkarlanması üçün koordinasiya olunmuş tədbirlər həyata keçirilməlidir:

"Boru kəmərlərindəki partlayışlar barədə xəbər yayılandan sonrakı ilk dəqiqələrdə Qərb günahkarların axtarışı üçün aktiv kampaniya başladı. Aydın məsələdir ki, hadisədən ən çox və ən əsas da iqtisadi xeyir götürən tərəf ABŞ-dır".

Xatırladaq ki, sentyabrın 26-da “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərində qəfildən təzyiq aşağı düşüb. Danimarka kəmərdə çox böyük sızma aşkarlayıb. İsveç hadisənin partlayış nəticəsində baş verdiyini bildirib. NATO bu hadisəni diversiya adlandırıb və eyni zamanda Rusiya Prezidenti Vladimir Putin baş verənləri terror aktı kimi qiymətləndirib.

Hələlik baş verənlərə görə heç bir tərəf məsuliyyəti öz üzərinə götürməyib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
159 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...