Əlisa Nicat AYB-ni təkzib etdi - "Pul verməyiblər"

Əlisa Nicat AYB-ni təkzib etdi -
Maddi imkanının aşağı olması ilə gündəmə gələn çox sayda əsər müəllifi yazıçı-filosof Əlisa Nicata artıq Prezident təqaüdü verilir.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Cebhe.info-nun sorğusuna cavab olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

“Sherg.az” Əlisa Nicatın özü ilə əlaqə saxlayıb və hazırkı vəziyyəti ilə bağlı məlumat almaq istəyib. Lakin yazıçı hələ də durumunda bir dəyişiklik olmadığını, təqaüd verilməsi ilə bağlı informasiyanın həqiqəti əks etdirmədiyini dedi:

“Hələ heç nə verməyiblər. Yazıçılar Birliyindən demişdilər ki, guya bir illik 300 manat verəcəklər. Heç o da verilməyib. Kənardan elə bilirlər məsələ həll edilib, ancaq belə deyil. Heç bir pul yoxdur. Sadəcə Allahın ümidinə yaşayıram”.

Xatırladaq ki, qışda Əlisa Nicat tədbirlərin birində evinin soyuq olduğunu, mənzili isitmək üçün qaz pulunu çatdıra bilmədiyini demişdi. Bundan sonra yazıçının üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən təqaüd almaması qabardılıb və filosofa kömək üçün yardım kampaniyasına başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...