Aşıqlar da Avropa Oyunları üçün toplaşdılar - konsert verəcəklər

Aşıqlar da Avropa Oyunları üçün toplaşdılar -

Heydər Əliyev Sarayında “Yaxşı ki, sən varsan, ay sədəfli saz!” adlı böyük aşıq konserti keçiriləcək.

Bakıda keçirilən I Avropa Oyunları müddətində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi konsert proqramları davam edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 25-də saat.19.00-da Heydər Əliyev Sarayında “Yaxşı ki, sən varsan, ay sədəfli saz!” adlı böyük aşıq konserti keçiriləcək. Konsertdə əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilov çıxış edəcəklər.

Gecədə, həmçinin Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Avdı Musayev, Dəmir Vəliyev və digər aşıqların da ifaları dinləniləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...