Talıb Tale ona dəstək olan general Rzayevin məktubunu oxudu - VİDEO

Talıb Tale ona dəstək olan general Rzayevin məktubunu oxudu -

Xəbər verdiyimiz kimi, "Maşın" realiti şousunun qalibi müğənni Talıb Tale olub. O, maşını qazandıqdan sonra atasının Göygöl rayonunda yerləşən evinə yollanıb. Efirdə T.Talıbın ata evinin təmirsiz və uçuq-sökük halda olması hər kəsi təəccübləndirmişdi.

Unikal.org xəbər verir ki, T.Tale yenidən ata evinə gedib. Evində onu yaxınları qarşılayıb. Müğənni bir sıra məsələlərə aydınlıq gətirib. O, ATV-də atasının yaşadığı evin bərbad vəziyyətdə olmasının görüntülərinin yayımlanmasına da münasibət bildirib:

"Mən bunu istəmirdim. Efirdə atamın yaşadığı mənzili görəndə çox pis oldum. Deyə bilərəm ki, bu evdə yaşamışıq. Evmizin belə vəziyyətdə olmasından heç də utanmıram. Dəfələrlə evimizi təmir etmək istəsəm də, atam buna icazə verməyib. Bu gün də bu evi təmir etməyə maddi imkanım çatır. Mənə bildirdilər ki, ATV-də evimizin görüntüsü yayımlandıqdan sonra buranı təmir etmək üçün bəzi insanlar müraciət edib. Həmin insanlara üz tutub, demək istəyirəm ki, efirdə yayımlandıqdan sonra evimizi təmir etmək istəyirlərsə buna razı deyiləm. Buna mənim maddi imkanım çatır”.

O, ata evinə generalın göndərdiyi məktubu da açıb oxuyub. General Rzayevə ona dəstəyinə görə təşəkkürünü bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...