Tanınmış aktroyun evi qarət edildi: ''Toydan evə qayıdanda...''

Tanınmış aktroyun evi qarət edildi:

Bakıda tanınmış aktyorun evi qarət olunub. Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun ata yurdu bir neçə ay əvvəl qarət olunsa da, cinayətkar hələ də azadlıqdadır.

E.Kərimov Criminal.az saytına açıqlamasında bildirdi ki, hadisə bu il sentyabrın 8-də, qardaşı oğlunun toyu günü baş verib: ''Hadisədən elə toydan evə qayıdan zaman xəbər tutduq. Evdən 2000 manat nağd pul və 5000 manat dəyərində qızı-zinnət əşyaları oğurlanmışdı. Hər kəsin toyda olmasından istifadə edən oğrular Suraxan rayon, Qaraçuxur qəsəbəsi, kv 40/42/48/60, Ev 4 manzil 92-yə daxil olaraq çirkin əməllərini həyata keçiriblər.

Oğrular birinci mərtəbədə yerləşən mənzilinn plastik pəncərələrini açaraq içəri daxil olublar. Toydan qayıdanda evin alt-üst edildiyini görüb dərhal Daxili İşlər Nazirliynin 102 xidmətinə məlumat verdik. Kriminalist və ərazi üzrə 32-ci polis bölməsinin əməkdaşları, eyni zamanda Raqif adlı müstəntiq gəldi. O vaxtdan bəri cinayətin üstü hələ də açılmayıb. Təxminən ay yarım bundan əvvəl bölmə rəisi bizə dedi ki, cinayətkarlarını izinə düşmüşük. Lakin hələ də işdə heç bir irəliləyiş yoxdur''.

Məsələ ilə bağlı Suraxanı rayon Polis İdarəsindən Criminal.az saytına bildirildi ki, işi araşdıran mütəntiq Raqif Yaqubov artıq başqa idarəyə dəyişdirilib. Ona görə də, onun icraatında olan işlər başqa müstəntiqə veriləcək. Bunun üçün də hadisə ilə bağlı məlumat almaq üçün bir həftə gözləmək lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...