Şəbnəm Tovuzlu Azərbaycanın vəzifəli şəxslərindən birinin qızı imiş

Şəbnəm Tovuzlu Azərbaycanın vəzifəli şəxslərindən birinin qızı imiş

"Mənim atam Azərbaycanda sayılıb-seçilən imkanlı adamdır"

Bu sözləri açıqlamasında qalmaqallı müğənni Şəbnəm Tovuzlu bildirib:

"Anam rəhmətə gedəndən sonra xalam və onun həyat yoldaşı məni böyüdüb. Xalamın yoldaşına ata demişəm. Öz atam vəzifəli və çox imkanlı şəxsdir. Tanıyanlar, qohum-əqrəbalarım onun kimliyini bilir. Atamla görüşdüm,amma münasibətim olduqca soyuq idi. Mənə atalıq edən xalamın yoldaşı olub. Onun haqqını itirə bilmərəm. Şərt o deyil ki, dünyaya gətirəsən. Şərt odur ki, böyüdüb başa çatdırasan. Mənim qızıma da ikinci həyat yoldaşım atalıq edir. Ona görə də, onun öz atasıyla münasibətinə son qoydum. Övlad bir ailə içərisində böyüyüb elə tərbiyə görməlidir. Onların görüşməsinə icazə vermirəm"

Şəbnəm Tovuzlu ikinci dəfə ailə həyatı qurduqdan sonra həyat yoldaşının ona qoyduğu qadağalardanda da danışıb:

"Boşanandan sonra, əlacsızlıqdan müğənniliyə başladım. İndi Həci məni kişi məclisinə getməyə icazə vermir. Hansısa sərxoş mənə yaxınlaşıb qulağıma söz deyə bilməz. Mənim sürücüm də həyat yoldaşımın əmisi oğludur, hara getsəm yanımdadır. Rayon toylarına 4-5 min, şəhər toylarına isə 2-3 min manata gedirəm. Rayon toylarında yarım saatdan çox olmuram. Elə toy olub ki, imkansız olduqları üçün həmin toyda pulsuz iştirak etmişəm. "xanim.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...