Xatun onlara atmaca atdı – şou-biznesin yeni qalmaqalları

Xatun onlara atmaca atdı –

“ATV maqazin onlarla” verilişinin “Hit Parad” rubrikasının qonağı olan müğənni Xatun Əliyeva yeni qalmaqalların əsasını qoyub.

Musavat.com xəbər verir ki, ifaçı Natavan Həbibi, Nura Suriyə atmaca atıb. Röya Ayxana isə üstüörtülü mesaj göndərib:
“Natavan deyir ki, qızılam, brilliantam, məni istəyin, hər aqressiyam, nöqsanım və süni gülüşlərimlə sevin və qəbul edin. Çox qeyri-səmimidir, onunla danışmıram. Aramızda soyuqluq yaranmışdı. Natavan gəlib özü barışdı. Onu başa düşmürəm, başa düşmək məcburiyyətində də deyiləm. Mənə onun uşağıyammış kimi davranmağa başladı, qəbul etmədim. Səidə Sultan, Kərim Abasov, Ramal və Natavanla eyni qrupda idik. O da “anakonda”lıq edirdi. Mən də dedim, otur yerində, bacın qurban”.

Samir Cavadzadədən danışan Xatun onun yaxın dostu Nura Suridən söhbət açıb: “Buradan Samirin anasına salam göndərirəm. Nura onun xətrinə dəymişdi. Şəkli burada olsa, Nura haqda da danışardım. Çox danışır, səsi başıma düşür”.
Müğənni İradə İbrahimovanın gözəl ailəsi olduğunu dilə gətirərək, Röyaya atmaca atıb: “Gözəl ailə başçısı olmaq da Allahın lütfüdür. Bu, hər kəsə qismət olmur, amma İradəyə verilib. Kimsə deyir ki, getsin ailəsinə başı qarışsın. Elə insanlar da var ki, sənətdə nailiyyətlər əldə etsələr də, İradənin bir gününü yaşamaq istəyirlər”.

Qeyd edək ki, bir müddət öncə Röya Nigar Camal ilə İradə İbrahimova arasında qalmaqal yaşanmışdı. Röya onlar haqqında belə demişdi:
“Yenə də iki uşağı var deyə keçirəm. Desəm, ailəsi gəlib sürüyüb evinə aparacaq. Getsinlər, evlərində otursunlar. Onsuz da itirdiyimi itirmişəm. İslanmışın yağışdan nə qorxusu? Amma sizin qorxunuz var. Biriniz ərdəsiniz, biriniz də bilinmir haradasınız”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...