“Rasim Balayev xəyanət etdi” – Flora Kərimova

“Rasim Balayev xəyanət etdi” – Flora Kərimova

Xəbər verildiyi kimi, xalq artisti Rasim Balayev Elçibəy hakimiyyətinin ünvanına sərt ittihamlar səsləndirib.

Azərbaycan Xalq Cəbhəsi dövründə günlərlə meydanda qaldığını xatırladan aktyor deyib ki, hakimiyyətə gələn cəbhəçilər elə səhvlər buraxıblar ki, o, demokratiyaya nifrət edib.

Rasim Balayevin bu ifadələri mətbuatda birmənalı qarşılanmayıb.

Həmin dövrdə meydan hərəkatının öncüllərindən biri hesab edilən xalq artisti Flora Kərimova Rasim Balayevin ittihamına sərt cavab verib.

Müğənni AzNews.az-a bildirib ki, Rasim Balayev elə şəxsdir ki, bir vaxtlar Rüstəm İbrahimbəyovun tərəfini tutub, sonra onu qamçılayıb: “Meydanda yatan bu aktyor səsləndirdiyi fikirləri ilə nə Elçibəyə pislik etdi, nə də demokratiyanı gözdən saldı. Sadəcə o, meydan ideyalarına xəyanət etdi. Elçibəy həyatda öz qiymətini alıb. Onunla razılaşmayanlar da bilir ki, Elçibə pak insan olub və xalqa xidmət edib. Elçibəyin ünvanına pis söz demək mümkün deyil. Bunları deməklə aktyor görəsən, kimə yarınır? Nə o tərəfdən, nə də bu tərəfdən sınaqdan keçməyən insan bunu deməklə heç nə qazanmayacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...