Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb. Gundeminfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi ev 3-a, mənzil 48-də baş verib. Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Sülymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar. Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...