Gənc istedadlardan növbəti möhtəşəm konsert - FOTOLAR

Gənc istedadlardan növbəti möhtəşəm konsert -


“Gənclərə dəstək” layihəsi çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim olunub. Gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Solistləri beynəlxalq müsabiqələr laureatı Beren Gürcüoğlu (Türkiyə, piano), Şeyda Ələsgərova (fleyta), Fəridə Ələkbərli (arfa) və Pərvin Əşari (arfa) olan konsertdə Avropa və dünya bəstəkarlarının əsərlərinə müraciət edilib. Bir-birindən parlaq və rəngarəng kompozisiyaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.
Konsertin sonunda gənc musiqiçilər Beren Gürcüoğlu və Orxan Həşimov "Gənclərə dəstək" layihəsinin rəhbəri Murad Adıgözəlzadəyə Filarmoniyanın səhnəsində çıxış etmək imkanı verdiklərinə görə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Beren Gürçüoğlu 2006-cı ildə Ankarada anadan olub. 6 yaşındaykən, Bilkent Şəxsi musiqi və balet məktəbinə professor Zerin Rəsulun sinfinə daxil olub və orada 4 il oxuyub. Ankara, Bursa, Samsun, Eskişehir, Edirne və İzmir kimi şəhərlərdə konsert proqramı ilə çıxış edib. 2016-cı ildə Belçika "MERCI MAESTRO" fortepiano müsabiqəsinə qatılıb və finalist diplomu qazanıb. 2016-cı ildə "Anadolu" Universitetinin Dövlət Konservatoriyasına daxil olub. Professor Hande Dalkılıç, professor Metin Ülkü, dosent Elif Önal və başqalarının master-klasslarında iştirak edib. Gənc istedadlar festivalının (Antalya, 2018) XIX müsabiqəsinin qalibidir.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsinin əsas məqsədi ölkədə gənc istedadları müəyyən etmək və dəstəkləməkdir. Həm də bu layihənin məqsədi dünyanın ənənələrini və milli musiqi mədəniyyətinin qorunması və inkişafı, musiqili maarifləndirmə problemlərini həll etmək və yerli musiqiçilər arasında hüquqi şüurun formalaşmasına yönəlmiş proqramların həyata keçirilməsidir. "Gənclərə dəstək" layihəsinə daxil olan proqramlar müxtəlif seçimlər və zövqlər ilə ən geniş tamaşaçılara ünvanlanır.

Gənc istedadlardan növbəti möhtəşəm konsert -
Gənc istedadlardan növbəti möhtəşəm konsert -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1186 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...