Elza Seyidcahan Hafiz Hacıyevin təklifini rədd etdi

Elza Seyidcahan Hafiz Hacıyevin təklifini rədd etdi


“Mən heç kimin xətrinə dəymək istəmirəm. Lakin hər kəsə məlumdur ki, mən uzun illərdir Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm. Partiya həmişə öz layihə və konsertlərimdə mənə yetərincə dəstək olub. Buna görə də namizdəliyimi irəli sürmək istəsəm YAP-dan başqa heç bir partiyaya müraciət etməyəcəm”.

Bu sözləri əməkdar artist Elza Seyidcahan Müasir Müsavat Partiyası tərəfindən parlament seçkilərinə həmin partiyadan namizədliyini irəli sürmək təklifinə münasibət bildirərkən deyib. Bəstəkar-müğənni məqamı gələndə parlament seçkilərində iştirak edəcəyini də deyib: “Çox istərdim ki, mən də millət vəkili seçilib, parlamentdə xalqımı, millətimi layiqincə təmsil edim”.

Qeyd edək ki, bu günlərdə MMP sədri Hafiz Hacıyev əməkdar artist Elza Seyidcahanı rəhbərlik etdiyi partiyadan namizədliyini verməyə dəvət edib. H.Hacıyev a24.az-a bildirib ki, Elza Seyidcahan MMP-dən namizədliyini vermək istəsə böyük məmnuniyyətlə onu qəbul edər. Xatırladaq ki, bundan öncə də əməkdar artist millət vəkili olmaq istədiyini və bu barədə yüksək vəzifə sahiblərinin ona təkliflər etdiyini bildirmişdi. Onun bu açıqlaması qalmaqala səbəb olmuşdu, belə ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, müğənni Əli Mirəliyev əməkdar artisitin bu istəyinə təhqir və tənqidlə reaksiya vermişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...