Bu timsah dayanacaqda məktəb avtobusu gözləyir - VİDEO

Bu timsah dayanacaqda məktəb avtobusu gözləyir -

Belə ki, timsah məktəb avtobusunun dayanacaqlarından birində dayanıb, bu səbəbdən polis dayanacağı bağlamağa məcbur olub. UPİ agentliyinin məlumatına görə, nəhəng sürünən yerə uzanaraq dayanacağı tərk etməkdən imtina edib.
Onun artıq bir neçə gündür ki, hər gün azı 6 uşağın mindiyi avtobusu gözlədiyi bildirilir. Hüquq mühafizə orqanı əməkdaşları dayanacağı hər tərəfdən bağlayıb, yırtıcını qovmağa başlayır, ancaq inadkar timsah yerindən tərpənmir ki, tərpənmir.

“Təslim olan” polis əməkdaşları əraziyə vəhşi heyvanların ovlanması üzrə mütəxəsis çağırmalı olublar. O, timsahı tutaraq, vəhşi təbiətə buraxıb. Timsahların insanlara yaxınlaşması bölgədə hava temperaturunun yüksəlməsi ilə əlaqləndirilir. Ştat rəhbərliyi vətəndaşları küçədə onlarla rastlaşan zaman, yaxınlaşmamağa, onları yemləməyə çalışmamağa və yalnız icazə verilən göl və çaylarda çimməyə çağırıb. (oxu.az)




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...