Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib


Xalq artisti Zülfiyyə Xanbabayevaya qarşı oğurluq edilib. ONA-nın əldə etdiyi xəbərə görə, müğənni faktla bağlı polisə müraciət edib.

Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib. ONA hadisənin təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...