Ayselin ad günündə “Nömrə 1” davası - Stilistlər Zümrüdə qarşı

Ayselin ad günündə “Nömrə 1” davası -

Bir neçə gün bundan əvvəl müğənni Aysel Əlizadənin ad günü məclisi qalmaqalsız ötüşməyib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tədbirin aparıcısı Zümrüd Bədəlovanın stilist Elnur Həsənovla bağlı çıxışı qonaqların qıcığına səbəb olub.

Belə ki, Zümrüd Elnuru “Azərbaycanda nömrə 1 olan stilist” kimi təqdim edərək salamlayıb. Bu isə ad günündə olan digər stilistlərin xoşuna gəlməyib. Daha sonra mikrofonu aparıcı- aktyor Sərxan Kərəmoğlu götürüb və Bədəlovaya söz atıb. Sərxan qeyd edib ki, onun üçün nömrə bir stilistlər başqasıdır və Zümrüdü aparıcı kimi görmür. Sərxan daha sonra başqa aparıcıların adlarını çəkərək onları peşəkar adlandırıb.

Ayselin ad günündə “Nömrə 1” davası -


Ad günündən sonra Xalq artisti Aygün Kazımovanın stilisti Gusik Simon instaqram səhifəsində aparıcı barədə post paylaşaraq onu təhqir edib. Simon daha sonra postunu instaqram səhifəsindən silib və yeni açıqlama yayıb:

“Səhifəmdə paylaşdığım bir neçə hekayəni sildim. Buna səbəb isə vəzifəli və hörmətli şəxslərin xahişi idi. Əlinə mikrofon alıb çox danışırsan. Dünən səni yuyub-sərdim. Kimisə reklam edirsən, ad verirsən. Sən kimsən ki, ona-buna ad verəsən. Gecə mənə mesaj yazdın, daha sonra sildin. Sən ümumi məclisdə danışığını bilərdin və kimlərisə qıcıqlandırmazdın. Bu filmin axırı hələ davam edəcək”.



Əməkdar artist Röya Ayxanın stilisti Fərid Bağırov da instaqramda video paylaşaraq Zümrüd Bədəlovanı tənqid edib:

“Məclislərin birində əlinə mikrofon alıb sözlər deyir. Mənə mesaj yazıb ki, səni tanımıram. Mən səviyyəli insanlarla çalışıram, ona görə tanımamağın normaldır. Adını çəkmirəm. Sadəcə olaraq sənin üçün reklam olar. Azərbaycanda peşəkar aparıcılar var. Onların yanında sən sönürsən. Çalışqansan, hər yerə əl atırsan. Amma bu sahə sənlik deyil. İnsan ulduz olmur, ulduz doğulur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...