İŞİD liderinin 16 yaşlı cariyəsi: “Məni kəmərlə döyürdü və ...”

İŞİD liderinin 16 yaşlı cariyəsi: “Məni kəmərlə döyürdü və ...”


İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin cariyəsi olmuş Zeynat adlı 16 yaşlı qadın terrorçunun yanında yaşadığı müddətdə başına gətirilən dəhşətlərdən danışıb. CCNN xəbər verir ki, bu telekanala müsahibəsində Zeynat dəhşətli faktlar açıqlayıb.

Əsir götürüldükdən sonra bazardan alınaraq şəxsən Əl-Bağdadiyə qulluq üçün aparıldığını deyən 16 yaşlı Zeynatın sözlərinə görə, İŞİD rəhbəri onu döyüb:”Mənimlə dəhşətli rəftar edirdi. Qardaşlarımı və atamı öldürdülər. Anam və bacılarmla başqaları evləndi. Əl-Bağdadi özü kompyuterində mənə başı kəsilən insanları göstərdi”.

Ancaq Əl-Bağdadinin onları kölə kimi saxladığı evin açarlarını taparaq qaçmağa müvəffəq olan Zeynat İŞİD liderini onu su şlanqı və kəməri ilə ilə şəxsən döydüyünü deyib:"Məni kəmərlə, su şlanqı ilə döyürdü. İŞİD-ə qoşulmağımı tələb edirdi. Yaşadığım dəhşət indi də məni qorxudur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...