Seksual geyimləri ilə tanınan Niki Ərəbistanda konsert verəcək - FOTOLAR

Seksual geyimləri ilə tanınan Niki Ərəbistanda konsert verəcək -

Açıq-saçıq səhnə obrazı, qalmaqallı klipləri ilə diqqət çəkən 36 yaşlı repçi Niki Minajın Səudiyyə Ərəbistanında konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.

“Time” xəbər verir ki, Niki Ciddə festivalı çərçivəsində səhnəyə çıxacaq. Festival 18 iyulda Kral Abdulla İdman Stadionunda keçiriləcək.

Açıq-saçıq və seksual səhnə geyimləri ilə gündəmi alt-üst edən, oxuduğu mahnılarda daha çox söyüşlərə yer ayıran sənətçinin şəriət qanunları ilə idarə edilən ölkəyə səfəri əks-sədaya doğurub.

Qadınların qapalı geyindiyi, eləcə də niqabdan istifadə edilən bir ölkədə Nikinin səhnəyə çıxması müzakirə predmetinə çevrilib. Bununla yanaşı, daim LGBT-ni dəstəkləyən, onların yürüşlərində iştirak edən Nikinin ölkədə çıxışına icazə verildiyi üçün Kral ailəsi tənqid atəşinə tutub. Nikinin homoseksuallara edam cəzası verilən Səudiyyə Ərəbistanında çıxışı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Niki Minajın iştirak etdiyi gecə 16 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub. Festivalda alkoqollu içkilərin, eləcə də narkotik maddələrin istifadəsinə icazə veriləcək.

Seksual geyimləri ilə tanınan Niki Ərəbistanda konsert verəcək -
Seksual geyimləri ilə tanınan Niki Ərəbistanda konsert verəcək -
Seksual geyimləri ilə tanınan Niki Ərəbistanda konsert verəcək -
Seksual geyimləri ilə tanınan Niki Ərəbistanda konsert verəcək -
Seksual geyimləri ilə tanınan Niki Ərəbistanda konsert verəcək -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...