Brilliantdan Aygünə sərt mesaj: Səhnələrdə sərxoş halda yıxılır

Brilliantdan Aygünə sərt mesaj:

Xalq artisti Brilliant Dadaşova mərhum sənətçi Mirzə Babayevin doğum günü ilə bağlı qalmaqallı paylaşım edib.

Oxu.Az xəbər verir ki, B.Dadaşova paylaşımında bir zamanlar duet oxuduğu M.Babayevi yada salıb və Xalq artisti Aygün Kazımovanın ünvanına sətiraltı mesajlar yollayıb. Brilliant ad çəkməsə də, yazdığı statusda Aygünə eyham vurması ilə diqqət çəkib:

“Yaxşı ki, o, estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulla satın alınan bəzi maqazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”.

Qeyd edək ki, maqazin proqramının birində “Əsas ulduz” kəlməsi tez-tez A.Kazımovanın ünvanına səsləndirilir.

Hazırda Türkiyədə olan Xalq artisti A.Kazımova da mərhum sənətkar Mirzə Babayevlə görüntülərini “Instagram” hesabında paylaşıb. Pop-diva paylaşımında ona söz atan B.Dadaşovanın cavabını verib:

“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”.

Beləcə iki məşhur arasında yatmış vulkan yenidən oyanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...