“Taksiyə minməkdənsə, ölsəm yaxşıdır” - RƏQSANƏ

“Taksiyə minməkdənsə, ölsəm yaxşıdır” -


"Taksi ilə getmək ayıb deyil, sadəcə biz bu həyata alışmışıq"

Müğənni Rəqsanə İsmayılova Samir Bağırovla işbirliyindən söhbət açıb. GUNDEMİNFO.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında bildirib ki, həmkarı ondan yardım istəyib: “Uşaq-muşaq səhnədə at oynadır, Samir Bağırov yoxdur. Samir məndən öncə sənətə gəlib. Məndən kömək istədi, mən də razılaşdım. Samiri məndən yaxşı başa düşən yoxdur. Mən də çətinlik görmüşəm, heç bir həmkarım mənimlə maraqlanmayıb. Biz sənət adamları şan-şöhrətə öyrəşmişik. Var-dövlətimiz azalanda, şan-şöhrəti itirəndə depressiyaya düşürük, yaşamaq istəmirik. Tanınmış simayıq, hamı bizi tanıyır. Sabah maşınım olmasa, taksi ilə getsəm, pis olaram. O zaman ölsəm, yaxşıdır. Taksi ilə getmək ayıb deyil, sadəcə biz bu həyata alışmışıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...